Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib.
anews.az xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.
Belə ki, Ağdaş Rayon Məhkəməsi dünən törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsi haqqında qərar qəbul edib.
Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilib.
Xatırladaq ki, İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.
Onun qəza törədrkən içkili vəziyyətdə olduğu bildirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !