• $
  • €
  • ₽
  • ₺
  • £

Məmurlara “iPhone”dan istifadə qadağan edildi

Məmurlara “iPhone”dan istifadə qadağan edildi
25.11.2013 10:08

Bu yaxınlarda ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən Almaniya hökumət üzvlərinin smartfonlarının dinlənilməsi məlum olub. Belə ki, keçmiş agentlik əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərə görə, ABŞ kəşfiyyat orqanı Almaniya federal kansleri Angela Merkelin telefon danışıqlarını dinləyib.  

Almaniya kanslerinin istifadə etdiyi smartfonlardan biri “iPhone” modeli olsa da, o, əsas üstünlüyü “BlackBerry” şirkətinin istehsalı olan qurğulara verib. Bununla belə, kansler ictimaiyyət arasında bəzən  “iPhone 5” modeli ilə çıxdığına görə digər yüksəkvəzifəli dövlət qulluqçuları da bu addımı atıblar.  

 

Almaniya hökuməti ABŞ xüsusi xidmət orqanlarından qorunmaq üçün dövlət məmurlarına telefon danışıqlarının şifrlənməsi üçün xüsusi proqram təminatı ilə təmin olunmayan mobil qurğulardan istifadəni qadağan edib. Hökumət təhlükəsiz hesab edilən smartfon modellərinin adını açıqlamasa da, “iPhone”nun orada yer almadığını başa düşmək heç də çətin deyil. Belə ki, “Apple” şübhəli proqram təminatının öz qurğularında quraşdırılmasına icazə vermir, - "İCTnews.az" "www.itexpert.org.ua"ya istinadən yazır. 

  

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol