Çin rəhbərliyi ölkə məmurlarına ictimai yerlərdə siqaret çəkməyi qadağan edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı “Sinxua” agentliyi yayıb. Məmurlar haqqında çıxarılan bu qərar digər ölkə vətəndaşlarına nümunə olmalıdır. İctimai yerlər deyəndə, məktəb və xəstəxanaların həyəti, idman və mədəniyyət ocaqları və ictimai nəqliyyat nəzərdə tutulur.Yeni direktivə əsasən dövlət müəssisələrində tütün məmulatlarının satışına və reklamına da qadağa qoyulacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !