Məmurlara WhatsApp-dan istifadə etmək qadağan edildi

19:09 | 06.10.2015
Məmurlara WhatsApp-dan istifadə etmək qadağan edildi

Məmurlara WhatsApp-dan istifadə etmək qadağan edildi

"Eləcə də Google, Yahoo servislərindən istifadə də qadağan edilib”.

Dövlət dumasına yaxın günlərdə dövlət məmurları tərəfindən xarici internet-servislər Google, Yahoo və WhatsApp-dan istifadənin qadağan edildiyi qanun layihəsi baxışa çıxarılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya” qəzeti çərşənbə axşamı yazıb.

Bu təşəbbüslə "Rusiyanı qoruyaq” ictimai təşkilatının rəhbəri Mixail Marçenko və Dövlət dumasının deputatı Vadim Solovyev çıxış edib.

Onlar öz təkliflərini, sistemlərdə xarici kəşfiyyatın proqram vasitələrinin aşkar edildiyi xarici servislərdən istifadədən imtina etməyə çağıran Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sözlərini məmurların dinləməməsi ilə izah ediblər.

Marçenko bildirib ki, "Rusiya Federasiyası dövlət mülki xidmətinə dair” qanunun maddələrinə aşağıdakı sözlərin əlavə edilməsi təklif edilib:

"Dövlət xidmətçisinin xidmətdə olduğu ilə əlaqədar olaraq xidməti məqsədlə Google, Yahoo və WhatsApp xarici servislərindən istifadə etməsi qadağan edilir”.

"Eləcə də Rusiya Federasiyası administrativ qayda pozuntuları məcəlləsinə də cərimələrdən başlayaraq işdən çıxarılmaya qədər cəza növlərinə dəyişikliklər edilməsi təklif edilir”, - qəzet onun sözlərindən sitat gətirib.

Təşəbbüsü Federasiya Şurasında da dəstəkləyiblər. Belə ki, senator Yelena Afanasyeva nəşrə təşəbbüsü parlamentin baxışına çıxarmağa hazır olduğunu bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM