Məmurların əmlakı SATIŞA ÇIXARILIR

20:48 | 24.05.2019
Məmurların əmlakı SATIŞA ÇIXARILIR

Məmurların əmlakı SATIŞA ÇIXARILIR

Meksika hökuməti korrupsiyaya yol vermiş sabiq məmurların  əmlakını bazar günü auksionda satışa çıxarmaq barədə  qərar verib.  Belə ki, yoxsul vətəndaşların sosial vəziyyətini düzəltmək üçün korrupsioner məmurlara məxsus  dəyəri 1,5 milyon dollar olan 77 avtomobil  dövlət tərəfindən hərraca çıxarılacaq, -  bu barədə məlumatı Reuters agentliyi yayıb. 

 "Biz Robin Qud sayağı hərəkət edəcəyik. Varlıların əmlakını kasıblara paylayacağıq", - deyə  Xalqdan oğurlanmış əmlakın qaytarılması üzrə qurumun  rəhbəri Rikardo Rodriqes bildirib.
 
Hərrac mayın 26-da  keçiriləcək və  satılan avtomobillərin pulu sosial layihələrə sərf olunacaq. Həmçinin narkobaronlardan müsadirə edilən əmlakın da hərraca çıxarılacağı nəzərdə tutulur. 


 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb