Məntəqə sədri qəfil vəfat edib

18:13 | 07.02.2024
Məntəqə sədri qəfil vəfat edib

Məntəqə sədri qəfil vəfat edib

Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil vəfat edib. Bu barədə Qafqazinfo məlumat verib. 

Hadisə Nizami küçəsi, 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı "Aynur” körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Məmməd qızı Əsgərovanın vəziyyəti qəfil pisləşib. O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, orada vəfat edib.


İlkin məlumata görə, 63 yaşlı sədr ürək çatışmazlığından vəfat edib.

Yaxınları bildiriblər ki, Kəmalə Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM