Mənzil və kommunal xərcləri üçün dövlət büdcəsindən bu qədər vəsait artırılacaq

13:10 | 05.12.2022
Mənzil və kommunal xərcləri üçün dövlət büdcəsindən bu qədər vəsait artırılacaq

Mənzil və kommunal xərcləri üçün dövlət büdcəsindən bu qədər vəsait artırılacaq

Gələn il mənzil və kommunal təsərrüfatı üçün ayrılan vəsait 776 min manat atrılaraq 350 milyon 683 min 345 manat təşkil edəcək. Bu "2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Əvvəl bu rəqəm 349 milyon 907  min 345 manat müəyyən olunub. 

Mənzil təsərrüfatı üçün ayrılan pulun məbləği də 52 min manat azaldılaraq 68milyon 212 min 755 manata çatdırılır. 

Kommunal təsərrüfatı üçün nəzərdə tutulan məbləğ isə 272 min azaldılaraq 131milyon 549  min 090 manata çatdırılır. 

Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər üçün ayrılan pulun məbləği 1milyon 100 min manat artırılaraq 140 milyon 945 min 572 manata çatdırılacaq. Əvvəl bu məbləğ 139 milyon 845 min 572 manat müəyyən olunub.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM