Mənzildən 53 yaşlı kişinin meyiti tapıldı

19:30 | 19.04.2019
Mənzildən 53 yaşlı kişinin meyiti tapıldı

Mənzildən 53 yaşlı kişinin meyiti tapıldı

Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Anews.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Əfəndiyev Yaşar İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb