Azad Azərbaycan televiziyasının vitse-prezidenti, tanınmış jurnalist Məqsəd Nur həyat yoldaşı Mehparə Kərimovanın intihar olayı barədə qısa açıqlama verib.
Aznews.az-ın xəbərinə görə, o, bildirib ki, hadisənin necə və niyə baş verməsi barədə danışmaq çox çətindir: "Mən hazırda yasdayam. Özümü çox pis hiss edirəm. Bu barədə danışmaq ağırdır. Həmkarlarımdan xahiş edirəm ki, məni başa düşsünlər”.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !