Mer yolu səhv keçdiyinə görə cəzalandırıldı

21:37 | 03.02.2014
Mer yolu səhv keçdiyinə görə cəzalandırıldı

Mer yolu səhv keçdiyinə görə cəzalandırıldı

Kanadanın Toronto şəhərinin meri Rob Ford Vankuver şəhərində yolu düz keçmədiyindən cərimə edilib. Cərimənin miqdarının 109 Kanada dolları (98 ABŞ dolları) olduğu bildirilir. 

ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, hadisə 31 yanvar axşam saatlarında baş verib. Ford Vankuverə dostunun anasının dəfn mərasiminə görə gəlibmiş. 

Fordu cərimə edilməmişdən bir neçə saat əvvəl yerli pablardan birində görüblər. Mer oradakılarla həvəslə şəkil çəkdirib və rəqs edib. Şahidlər onun içkili olduğunu desələr də, mer ancaq kola içdiyini bildirib. 

Toronto meri dəfələrlə ictimaiyyət arasında sərxoş vəziyyətdə görünüb, o özü bir dəfə etiraf edib ki, narkotiklərdən istifadə edib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM