Mərakeşdə zəlzələdə ölənlərin sayı 2700-ə yaxınlaşır - YENİLƏNİB

19:31 | 11.09.2023
Mərakeşdə zəlzələdə ölənlərin sayı 2700-ə yaxınlaşır - YENİLƏNİB

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2700-ə yaxınlaşır - YENİLƏNİB

 
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 681 nəfərə çatıb.

Bu barədə "Al Arabiya” telekanalı Krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, azı 2 501 nəfər xəsarət alıb.
Bundan əvvəl ölkə hakimiyyəti 2 497 nəfərin öldüyünü, 2 476 nəfərin yaralandığını bildirmişdi.

14:43
 
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.

Sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb