Almaniya kansleri Angela Merkel 2017-ci ildən sonra da vəzifəsini qorumaqla bağlı qərar qəbul edib.
Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.
Məlumatda deyilir ki, A.Merkel seçki kampaniyasına hazırlıq mövzusunu artıq hakim Xristian-Demokratik İttifaqının baş katibi Peter Tauber və partiyanın icraçı direktoru Klaus Şülerlə müzakirə edib. Rəsmi qərarın 2016-cı ilin əvvəlində açıqlanacağı gözlənilir.
Xatırladaq ki, A.Merkel bundan əvvəl 2005, 2009 və 2013-cü illərdə Almaniyanın kansleri seçilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !