Almaniya kansleri Angela Merkel Avropaya axışan qaçqın köşününü dayandırlması üçün Türkiyənin yardımına möhtac olduğunu dilə gətirib və bu səbəblə də prezident Ərdoğandan yardım istəyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu yardıma möhtac olduqlarını, amma buna rəğmən o, Türkiyənin Avropa Birliyinə üzv mövzusunda fikrini dəyişmədiyini bildirib.
Merkel "Türkiyənin Avropa Birliyinə üzv olmasına hər zaman qarşıyam. Bunu prezident Ərdoğan da bilir. Fikrim hələ dəyişməmişəm".
Ötən həftə Brüsseldə təşkil olunan Avropa Birliyi yetkililəri ilə prezident Ərdoğanın miqrant böhranı ilə bağlıgörüşündə "Ortaq çalışma qrupu"nun yaradılmasına qərar verilib.
Bu mövzuda danışan merkel əlavə edib ki, yükün bütünlüklə Türkiyənin üzərinə düşməməsi üçün danışıqlar prosesinin davam etməsini vacib bilib: "Bu həm Türkiyəyə maliyyə yardımı etməyimiz, həm də viza mövzusunda Türkiyənin bəzi tələblərini yerinə yetirməyimiz anlamında başa düşülə bilər".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !