Merkel İŞİD-lə razılığa gəlib - İDDİA

13:37 | 25.08.2014
Merkel İŞİD-lə razılığa gəlib - İDDİA

Merkel İŞİD-lə razılığa gəlib - İDDİA

Almaniya kansleri Angela Merkelin  “İslam Dövləti”  (əvvəlki adı İraq Şam İslam Dövləti – İŞİD) adlı terrorçu qruplaşma ilə razılığa gəldiyi iddia olunub.

Modern.az saytı xəbər verir ki, bu barədə Almaniyanın “Welt Am Sonntag” qəzeti yazıb. Qəzet yazıb ki, Almaniya hökuməti Suriyada İŞİD-in girovluğunda olan 27 yaşlı gənc üçün danışıqlara başlayıb. Məhz bu danışıqlardan sonra girovluqda olan şəxsin azadlığa buraxıldığı bildirilib.

İddiaya görə Almaniya hökuməti İŞİD-ə nəyisə güzəştə getdiyinə görə terror təşkilatı girovu  azad edib. Lakin İŞİD-in alman hökumətindən aldığı “bəxşiş”in nə olduğu haqda məlumat verilməyib.

Məsələ ilə bağlı Almaniyanın Xarici İşlər Nazirliyi açıqlama verməkdən boyun qaçırıb. Qeyd edək ki, sözügedən mətbu orqana məlumatı Almaniyanın təhlükəsizlik xidməti sızdırıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM