Merkel: “Pandemiyanın hələ başlanğıcındayıq”

19:00 | 28.05.2020
Merkel: “Pandemiyanın hələ başlanğıcındayıq”

Merkel: “Pandemiyanın hələ başlanğıcındayıq”

Almaniya kansleri Angela Merkel ölkəsinin koronavirus pandemiyasının hələ başlanğıcında olduğunu bildirib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, o, koronavirusun müalicəsi üçün hələ peyvənd və ya dərmanın olmadığını qeyd edib:
"Lakin vəziyyəti daha yaxşı nəzarətdə saxlaya bildik. Yenə də çox ehtiyatlı və diqqətli olun!”

Merkel əyalət rəhbərlərindən sosial məsafə qaydalarının məcburiyyət olaraq davam etdirilməsini istəyib:

"Sosial məsafə yalnız tövsiyə olaraq qalırsa və ayrı-ayrı insanlar buna əməl etmirlərsə, digərləri üçün təhlükə yaranır. Sosial məsafəni borc hesab edirəm. Sosial məsafə məcburi olmazsa, daha güclülər evdən çıxa biləcək, lakin zəiflər çıxa bilməyəcək”.

Bundan əlavə, o, infeksiyanın sürətlə və yenidən yayılacağını, beləliklə də ikinci dalğanın baş verəcəyini qeyd edib
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb