Rusiya qlobal iqtisadi qərarların verilməsində G7-də yox, G20 qrupunda təmsil oluna bilər
Rusiyanın Krımın ilhaqından sonra "Böyük Yeddilər" qrupuna yenidən qoşulmasını təsəvvürə gətirmək mümkün deyil.
ANS PRESS-in məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel deyib.
O bildirib ki, indiki anda Rusiyanın iştirakı inanılan deyil. "Böyük Yeddilər" demokratiya və hüququn aliliyi kimi dəyərləri paylaşan dövlətlərin qrupudur.
Onun sözlərinə görə, bizim prinsiplərimizə beynəlxalq hüququn müdafiəsi və dövlətlərin sərhədlərinin toxunulmazlığı daxildir, çünki bunlar dünya düzəninin əsasını təşkil edir. Rusiya isə Krımı ilhaq etməklə beynəlxalq hüququ pozub.
A.Merkel Moskvaya yol da göstərib: "Rusiya qlobal iqtisadi qərarların verilməsində G20 qrupu kimi təşkilatlarda təmsil oluna bilər. Bu qrupa Çin, Hindistan kimi böyük iqtisadiyyatı olan, ancaq tam sənayeləşməmiş ölkələr daxildir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !