Merkel və Olland Kiyevdə nələri müzakirə etdi? - FOTO

17:28 | 06.02.2015
Merkel və Olland Kiyevdə nələri müzakirə etdi? - FOTO

Merkel və Olland Kiyevdə nələri müzakirə etdi? - FOTO

Bütün dünyanın diqqəti Ukrayna paytaxtı Kiyevə yönəlib. Çünki bu gün Fransa prezidenti F.Olland və Almaniya baş naziri A.Merkel öz təşəbbüsləri ilə Kiyevə gəliblər.

Ukrayna Prezident Aparatının mətbuat katibliyinin yaydığı məlumata görə, bu gün prezidentlər Poroşenko, Olland və baş nazir Merkel Prezident Sarayında bir araya gəliblər.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, göürş zamanı əsas məsələlərdən bir ölkənin şərqindəki döyüşlərin dayanması, atəşkəs rejiminin tətbiq edilməsi ilə bağlı olub.

Ukraynadakı gərginliyin çoxalması səbəbilə həyəcan keçirmələrinə və yardım əli uzatmaq istədiklərinə görə avropalı liderlərə təşəkkür edən Poroşenko bunun bütün ukrayna xalqı üçün çox önəmli olduğunu deyib.
 
 
 
 
Görüş zamanı prezident Poroşenko beynəlxalq təşkilatlardan üzərlərinə düşən bütün öhdəliklərin yerinə yetirilməsi, əsirlərin sərbəst buraxılması, Ukrayna torpaqlarındakı bütün əcnəbi hərbçilərin çıxardılması və işğal edilən Ukrayna torpaqlarında ölkə qanunvericiliyinə uyğun olaraq yerli seçkilərin həyata keçirilməsi və digər məsələlər haqqında danışıb.
 
 
 
 
Ukrayna dövlət başçısı eyni zamanda şərqdəki iqtisadi böhran vəziyyətindən çıxması üçün azad iqtisadi zonaların yaradılmasının,  sosial ödəmələrin tətbiq edilməsinin və humanitar yardımların gerçəkləşməsinin proqnozlaşdırıldığını bildirib.

Dövlət rəhbərləri arasında görüş davam edir. Fransa prezidenti F.Olland və Almaniya baş naziri A.Merkelin Kiyevdən birbaşa Moskvaya gedəcəyi gözlənilir.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM