Merkel vəd verir

16:32 | 26.11.2015
Merkel vəd verir

Merkel vəd verir

Almaniya kansleri Angela Merkel deyir ki, ölkəsinin İslam dövləti (İD) qruplaşması ilə mübarizəyə dəstək üçün daha nə edə biləcəyi barədə düşünəcək.

Noyabrın 13-də Parisdə 130 nəfərin həyatına son qoymuş hücumlar üçün məsuliyyəti İD üzərinə götürüb.

"Cəld reaksiya vermək və hərəkətə keçmək” Almaniyanın borcudur, Merkel noyabrın 25-də Parisdə deyib. Fransa prezidenti Francois Hollande Merkel-dən xahiş edib ki, İraq və Suriyada İD-ə qarşı mübarizəyə daha çox töhfə versin.

"Biz istənilən terrorçuluqdan güclüyük. Buna baxmayaraq, terrorçuluqla bütün mümkün qüvvəylə mübarizə aparılmalıdır,” Merkel Hollande ilə birgə mətbuat konfransında deyib.

O, əlavə edib ki, İD-ni "sözlə vurmaq” mümkün deyil.

Hollande bu həftə dünya liderləri ilə görüşür, İD-nə qarşı hərbi əməliyyatlara dəstək toplayır. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM