Almaniya kansleri Angela Merkel digər Avropa dövlətləri liderlərini qitənin qaçqın böhranı üçün birgə məsuliyyət götürməyə çağırıb. Bu arada minlərlə qaçqın Avstriyaya gəlib.
Avstriya polisi sentyabrın 20-də 4700 nəfərin Macarıstanla Nickelsdorf sərhəd postunu keçərək ölkəyə daxil olduğunu bildirib. Bir gün öncə isə 10 min nəfər gəlib.
Əsgərlər, polis və könüllülər sərhəddə qayda-qanun yaratmağa çalışırlar.
Şərqi Avropada minlərlə miqrant günlərlə ərzaq və susuz qalıb. Ölkələr onların Qərbi və Mərkəzi Avropaya girişini əngəlləmək üçün sədlər yaradıb. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !