Almaniya kansleri Anqela Merkel Yaponiyaya səfəri çərçivəsində Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları uzatmağa çağırıb.
ANS PRESS-in məlumatına görə, Merkel Ukraynanın şərqindəki münaqişənin diplomatik yol ilə həllinin vacibliyini bir daha vurğulayıb.
"Ukraynanın şərqində azad yerli seçkilər və ukraynalıların maneəsiz şəkildə öz sərhədlərinə nəzarət etməsi - bütün bunlar təkcə Ukraynaya öz ərazi bütövlüyünü bərpa etməyə imkan verməyəcək, həm də Rusiya ilə müttəfiqliyə yeni başlanğıc olacaq. Və təbii ki, Krım məsələsi də açıq və həll edilməmiş qalmamalıdır."
Anqela Merkel bu gün Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşündə də bir sıra məsələlərlə yanaşı, Ukrayna münaqişəsini də müzakirə edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !