Merkelin müşaviri casus çıxdı

17:17 | 29.12.2014
Merkelin müşaviri casus çıxdı

Merkelin müşaviri casus çıxdı

Almaniya kansleri Angela Merkelin müşavirlərindən birinə məxsus kompüterin xarici yaddaşında casus proqram müəyyən edilib.
 
Bu barədə "Bild" qəzeti xəbər yayaıb. ANN.Az həmin qəzetdə yazılanlara istinadən xəbər verir ki, kanslerin həmin müşavir Avropa siyasəti üzrə məsələlərə məsul şəxs olub.
 
Ölkənin Təhlükəsizlik və İnformasiya Texnikası Şöbəsi (BSI) hokumət evində təxminən 200 kompüterdə təhlükəsizlik nəzarəti həyata keçirib.
 
Nəticədə adı çəkilməyən müşavirə aid komöüterin xarici yaddaşında "Regin" adı verilən casus proqram müəyyən edilib. Digər kompüterlərdə isə hər hansı bir casus proqramına rast gəlinməyib.
 
Yeni nəsil kiber casusluq vasitəçi olan "Regin" təminatı ilə kompüter avadanlığının bəzi hissələrinin uzaqdan pultla idarə etmək mümkündür. Bundan əlavə şifrələr oğurlana bilər, ekran görüntüləri köçürmək mümkündür və silinən faylların yeni yaratmaq imkanı verir.
 
Hökumət sözçü Christiane Wirtz bu mövzu ilə bağlı jurnalistlərin suallarını cavabsız qoyub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti