Mərkəzi Amerika ölkələrində "Neyt” tropik fırtınası nəticəsində 22 nəfər ölüb.
anews.az Report-a istinadən xəbər verir ki, hazırda fırtınanın mərkəzi təqribən Hondurasın 64 kilometrliyindədir.
Hakimiyyət orqanlarının məlumatına görə, fırtınanın meydana gətirdiyi yağış və daşqınlar səbəbindən Nikaraquada ən azı 15 nəfər, Kosta-Rikada isə 7 nəfər həyatını itirib.
Fırtına yaxın günlərdə ABŞ-ın cənub ştatlarına çatacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !