"Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir”, - Azərbaycan lideri Astanada Mərkəzi Asiya dövlət başçılarının 6-cı Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
Bu kontekstdə Əliyev iyulda Qazaxıstanda keçirilən və Azərbaycanın da iştirak etdiyi "Birlestic-2024” beynəlxalq operativ-taktiki komanda-qərargah təlimlərini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, müdafiə sahəsində əlaqələrin inkişafının göstəricisi həm də Mərkəzi Asiya ölkələrindən olan kursantların Azərbaycanın hərbi təhsil müəssisələrində hazırlanmasıdır.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !