Mərkəzi Bank hərracda nə qədər dollar alıb? - Rəsmi

12:36 | 06.02.2024
Mərkəzi Bank hərracda nə qədər dollar alıb? - Rəsmi

Mərkəzi Bank hərracda nə qədər dollar alıb? - Rəsmi

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 79,7 milyon ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 78,7 milyon ABŞ dolları olub.

"Çərşənbə axşamı valyuta hərracı 79,7 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.

Ötən ilin yanvar-mayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 492,3 milyon ABŞ dolları məbləğində satış olub.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM