Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi azaldı

10:59 | 12.10.2015
Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi azaldı

Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi azaldı

2015-ci il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycan kredit təşkilatlarının tərəfindən 20 milyard 95 milyon 810 min manat manat kredit qoyuluşunun 7 milyard 684 milyon 300 min manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) avqust ayının yekunlarına aid açıqladığı hesabatda deyilib.

AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən kreditlərin cəmi kreditlərdə xüsusi çəksisi isə 38,2% təşkil edib.

Qeyd edək ki, verilən istehlak kreidtlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb, 8 milyard 416,7 milyon manat.  

Cari ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az nə çox 44% olub.

Xatırladaq ki, avqustun yekunlarına olan məlumata görə, vaxtı keçmiş kreditlərin ümumi həcmi isə 1 milyard 333,6 milyon manat, ümumi kredit qoyuluşunda payı isə 6,6% təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM