Mərkəzi Bank maliyyə sektorunun inkişafı strategiyasını hazırlayır

10:58 | 24.11.2022
Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun inkişafı strategiyasını hazırlamaq niyyətindədir. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

"Gələn ilin yanvarından başlayaraq biz beynəlxalq məsləhətçilərlə birlikdə üç ili əhatə edəcək maliyyə sektorunun inkişafı strategiyasını hazırlamaq istəyirik", - Kazımov cümə axşamı VI Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, strategiya iki  -  AMB-nin özünün transformasiyası və sektorun transformasiyası hissələrindən ibarət olacaq. Sədr hesab edir ki, Mərkəzi Bank tənzimləyici orqan kimi bazarın inkişafı üçün müasir informasiya texnologiyalarının fəal və geniş tətbiqi üçün daha çox səy göstərməlidir.

O, həmçinin qeyd edib ki, "Ödəniş sistemləri haqqında” qanunun qəbulu gözlənilir.
 
"Bu, fintech sektorunun qanunvericiliyi nöqteyi-nəzərindən böyük nailiyyət olacaq. Biz də gözləyirik ki, bir neçə aydan sonra "Mərkəzi Bank haqqında" qanuna dəyişikliklər təsdiqlənəcək. Xüsusi tənzimləyicinin tətbiqi planlaşdırılır. Mərkəzi Bankın - Sandbox rejimi bütün startap proqramlarını test rejimində sınaqdan keçirməyə imkan verəcək”, - deyə Kazımov bildirib.

Həmçinin, sədr qeyd edib ki, hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə maliyyə sektoru üçün kibertəhlükəsizlik strategiyası hazırlayır. "Bu, bütövlükdə maliyyə sektorunda minimum tələbləri təmin etmək üçün AMB-nin ayrıca istiqaməti olacaq", - Kazımov bildirib.
 
Aytac Şirəliyeva
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM