2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2.5%-i səviyyəsində profisit qeydə alınıb. Bu, neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də, həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olub.
anews.az Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1.9 mlrd. ABŞ dolları təşkil edib.
Ölkənin strateji valyuta ehtiyatları 11.5% artıb. İlin sonuna tədiyyə balansında profisitin qorunacağı proqnozlaşdırılır.
Profisitli tədiyyə balansı fonunda valyuta bazarı özünün tarazlığını, milli valyutanın məzənnəsi isə sabitliyini qoruyur. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşayiət olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !