Azərbaycan
Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı
ilə təsdiqlənmiş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə
prioritet istiqamət kimi müəyyənləşdirilmiş "Maliyyə bazarı iştirakçılarının
bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə bağlı tədbirlərin dəstəklənməsini
cari ildə də davam etdirir.
Maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsinə
yönəlmiş bu tədbirlərin əhatəliliyini təmin etmək üçün müasir intellektual
vasitələrdən istifadə olunur. Buna uyğun olaraq, Mərkəzi Bankın əhali arasında
apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə
verdiyi öz elektron resursu - "Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni "Tədiyə balansı” haqqında animasiya yerləşdirmişdir.
Müxtəlif hədəf qrupların maarifləndirilməsi məqsədilə hazırlanmış animasiyada
nümunələr əsasında müəssisə, təşkilat və ailələrin il ərzində xarici ölkələrlə
apardığı iqtisadi əməliyyatların uçota alındığı tədiyə balansı haqqında məlumatlar
verilir.
Keçid linki:
https://bizimpullar.az/video-126 olan animasiyanın hazırlanmasında əsas məqsəd tədiyə
balansı anlayışını izah etməklə, onun strukturu və formalaşması barədə hədəf
qruplarını məlumatlandırmaq və bu sahədə savadlılığı artırmaqdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !