Mərkəzi Bank uçot dərəcəsi barədə yeni qərar verəcək

11:42 | 17.09.2024
Mərkəzi Bank uçot dərəcəsi barədə yeni qərar verəcək

Mərkəzi Bank uçot dərəcəsi barədə yeni qərar verəcək

Sentyabrın 18-də Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olaraq faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

Bu, qurumun 2024-cü ildə sayca 6-cı faiz qərarı olacaq.

AMB sonuncu dəfə  iyulun 31-i uçot dərəcəsinin 7,25% səviyyəsində  saxlamaq barədə qərar qəbul edib.
 
Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb.
 
Milli Məclisin dörd çağırış deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev hesab edir ki, infiyasiyanın qarşısı alındığı üçün indiki halda uçot dərəcəsində heç bir dəyişiklik olmayacaq.

"Uçot dərəcəsinə təsir edən 2 böyük amil var. İqtisadiyaytın aktivliyi və infiyasiya. İstərdik ki, infiyasiya ilə bağlı olan rəqəmlər pandemiyadan əvvəlki  səviyyəyə çatdırılsın. Çünki bizim üçün normal formada bu 3-5 faiz arasında dəyişir. Nominal infiyasiya isə 6-8 faiz arasındadır. Son anda hər hansı qərarda dəyişiklik olarsa bunu yenidən analiz etmək olar”, - Quliyev bildirib. 
 
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Mərkəzi Bank uçot dərəcəsini artırmayacaq. 

"Mərkəzi Bankın uçot dərəcəsini əvvəlki səvyyədə saxlayacağını ehtimal edirəm. Amma 0,25% azalma da gözləmək olar. Bu il trend azalmağa doğru gedəcək. Sərtləşmə ilə bağlı hər hansı qərarın veriləcəyini gözləmirəm”, - ekspert bildirib. 
 
İqtisadçı Vüqar Bayramıvin fikrincə isə, Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarının çox vacib məqamlardan biri uçot dərəcəsinin alət olaraq həm kredit bazarına, həm də bank sektoruna təsirlərini artırmaqdan ibarətdir.
 
"Uçot dərəcəsinin təsiri alətə çevrilməsi istiqamətində fəaliyyəti genişləndirməyə ehtiyac var. Bütövlükdə uçot dərəcəsi bir alət olaraq həm kredit faizlərinin aşağı düşməsinə, həm kredit-maliyyə resurslarının bölüşdürülməsinə, eləcə də bank sektorunda islahatlara dəstək olmalıdır”, - Bayramov söyləyib. 
 
N.Təbrizli
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM