Azərbaycan Mərkəzi Bankı (AMB) yaşıl kreditlərin və digər əlaqəli maliyyə alətlərinin tətbiqi ilə bağlı təlimat hazırlayıb və onun gələn ilin birinci rübünün sonuna kimi tətbiqi gözlənilir. Bu barədə Mərkəzi Bankın Dayanıqlı Maliyyə Departamentinin aparıcı iqtisadçısı Kənan Məmmədov "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" adlı konfransda deyib.
"Bu təlimat yaşıl taksonomiya ilə sıx bağlıdır, o, artıq AMB-nin idarə heyətinə təqdim olunub və yaxın həftələrdə onun təsdiqi gözlənilir”, - Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda metodiki tövsiyələr hazırlanır və müvafiq qanunvericilik bazasına dəyişikliklər edilir.
"Bazar inkişaf etdikcə, sənaye bildirişləri əsasında gələcək təkmilləşdirmələr planlaşdırılır", - Məmmədov bildirib.
Məmmədov onu da əlavə edib ki, taksomaniya qəbul edilməzdən əvvəl ictimaiyyətin müzakirsinə təqdim olunacaq. İctimaiyyətdən alınan təkliflər nəzərə alındıqdan sonra qəbul ediləcək.
Azərbaycan Mərkəzi Bankı həmçinin COP-29 çərçivəsində dünya üzrə vahid taksonomiyanın qəbulunu təklif etmək niyyətindədir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !