Mərkəzi Bankda Dünya Bankının nümayəndə heyətilə görüş keçirilib (FOTO)

Bu gün Mərkəzi Bankda Dünya Bankının nümayəndə heyətilə görüş keçirilib.
Bu barədə bu gün Azərbaycanın Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov öz tvitter səhifəsində yazıb.
Görüşdə DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb.Eyni zamanda DB və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələləri müzakirə edilib.
www.anews.az