Mərkəzi Bankda Dünya Bankının nümayəndə heyətilə görüş keçirilib (FOTO)

18:30 | 05.06.2023
Mərkəzi Bankda Dünya Bankının nümayəndə heyətilə görüş keçirilib (FOTO)

Mərkəzi Bankda Dünya Bankının nümayəndə heyətilə görüş keçirilib (FOTO)

Bu gün Mərkəzi Bankda Dünya Bankının nümayəndə heyətilə görüş keçirilib.
 
Bu barədə bu gün Azərbaycanın Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov öz tvitter səhifəsində yazıb.

Görüş zamanı DB-nin Cənubi Qafqaz üzrə regional direktoru cənab Sebastian Molineus onun yerinə yeni təyin olunmuş xanım Rolande Pryce və Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri xanım Stefanie Stallmeisteri təqdim edib.

Görüşdə DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb.Eyni zamanda DB və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələləri müzakirə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM