Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı tənzimləyici tərəfindən hər hansı bir göstəriş verilməyib.
Azərbaycanda fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.
Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !