Mərkəzi Bankdan məcmu kapital tələbini yerinə yetirməyən banklarla bağlı açıqlama

18:24 | 17.03.2015
Mərkəzi Bankdan məcmu kapital tələbini yerinə yetirməyən banklarla bağlı açıqlama

Mərkəzi Bankdan məcmu kapital tələbini yerinə yetirməyən banklarla bağlı açıqlama


"Bankların batacağı ilə bağlı səslənən fikirlər populist, məsuliyyətsizdir”

Azərbaycan Mərkəzi Bankının məcmu kapitala olan tələbini yerinə yetirməyən banklarla fərdi olaraq xüsusi kapitallaşma proqramı imzalanıb.
 
"APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
Baş bankirin sözlərinə görə, belə bir həssas məqamda bankların bağlanması ilə bağlı qərar bazara mənfi təsir edə bilərdi: "Bəzən bankların batacağı ilə bağlı fikirlər səsləndirilir. Bu fikirlər populist, məsuliyyətsiz fikirlərdir. Əslində bu fikri səsləndirənlər özləri problem yaradırlar. Bank sistemində həm bir problem yoxdur. Banklarda kifayət qədər kapitallaşma gedib. Biz sabitləşdirici tədbirlər görmüşük və bu siyasəti davam etdirəcəyik”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM