Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA

15:36 | 28.01.2021
Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA

Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA

2021-ci ilin yanvar ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 893,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 29,8% azdır.


Anews.az Azərbaycan Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, yanvarın 1-nə ölkədə problemli kreditlərin ümumi kredit portfelindəki payı 6,15% təşkil edib. Bu, 2015-ci ilin aprel ayından bəri (6,10%) ən aşağı göstəricidir. Bu müddət ərzində problemli kreditlərin payının maksimumu 2017-ci ilin noyabr ayında qeydə alınıb (ümumi portfelin 15,46%-i).


Qeyd edək ki, problemli kreditlərin 26,8%-i xarici valyutadadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb