AMB məlumat yaydı.
2015-ci ilin yanvar-mart ayları ərzində valyuta bazarının ümumi həcmi 2.6 dəfə artıb. Əməliyyatların 91%-i dollarla, 9%-i isə digər valyutalarda aparılıb.
Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd edilib.
"Ötən ilin eyni dövrünə nəzərən dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi 2.3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.4 dəfə artıb” - deyə, AMB bildirir.
Valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq, AMB-nin İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə ABŞ dollarının manata qarşı məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib.
Bank bildirir ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. Bu qərarın qəbulu ərəfəsində manatın partnyor ölkələrin valyutalarına qarşı bahalaşması səviyyəsi özünün pik həddinə çatıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !