Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov

14:57 | 18.11.2024
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov

Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov

Azərbaycan Mərkəzi  Bankının məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etmək olduğundan buna uyğun da məzənnə rejimi seçəcək. Bunu Mərkəzi Bankın İdraə heyətinin rəhbəri Talek Kazımov bildirib. 
 
"Bizim üzən məzənnəyə keçmək kimi mütləq məqsədimiz yoxdur. Mərkəzi Bankın əsas mandatı makroiqtisadi sabitliyi təmin etməkdir və bu məqsədə çatmaq üçün hansı rejim daha uyğundursa, onu seçəcəyik. Mərkəzi Bank hökumətlə birgə işləyərək, makroiqtisadi sabitlik üçün sabit məzənnə rejiminin daha əlverişli olduğunu düşünür. Gələcəkdə uzən məzənnəyə keçmək kimi bir məqsədimiz yoxdur, əsas məqsədimiz sabitliyi təmin etməkdir",  -  Kazımov bildirib.
 
O həmçinin bildirib ki,  2022-ci ilin əvvəllərindən başlayaraq ölkənin  pul-kredit siyasətinə dəyişikliklər edilib.
 
"2022-ci ilin əvvəlindən maliyyə sektorunda yeni dəyişikliklər etmişik. Artıq  Azərbaycan manatının gəlirlik əyrisini ictimaiyyətə açıqlayırıq və hər həftə yeniləyirik. Bu addımlar faiz dəhlizinin maliyyə sektoruna və iqtisadiyyata təsir etməsi məqsədilə həyata keçirilir. Bu 1 il əvvəldən etibarən Mərkəzi Bankın faiz dərəcəsi ölkədə qısamüddətli faizlərə təsir etməyə başlayıb. Məqsədimiz yalnız məzənnə deyil, həm də faiz dəhlizini gücləndirməkdir",  - Kazımov vurğuayıb. 
 
Onun sözlərinə görə, Mərkəzi Bankın orta illik proqnozlaşdırdığı neftin qiyməti 79 dollar, qazın isə 340 dollardır.
 
Cari əməliyyat balansının zərərsizlik səviyyəsi, yəni sıfır nöqtəsi 40-45 dollar aralığında müəyyənləşib.
 
"1995-ci ildən bəri orta illik neftin qiyməti 58,9 dollar olub. Son 20 ildə ən aşağı orta illik qiymət 2020-ci ildə pandemiya dövründə 42,3 dollar təşkil edib. Neftin qiymətinə gəldikdə isə biz mütləq orta illik qiymətə baxmalıyıq. Hazırda büdcədə 70 dollar nəzərdə tutulub və qısa müddət ərzində 69 dollar səviyyəsində idi, amma biz orta illik qiymətə əsaslanmalıyıq",    Mərkəzi Bank rəhbəri bildirib.
 
N.Təbrizli




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM