Mərkəzi Bankın valyuta ehtiyatları 271,2 mln. dollar azaldı

11:08 | 02.11.2015
Mərkəzi Bankın valyuta ehtiyatları 271,2 mln. dollar azaldı

Mərkəzi Bankın valyuta ehtiyatları 271,2 mln. dollar azaldı

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayı üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmini açıqlayıb.

AMB-dən "APA-Economics”ə verilən məlumata görə, AMB-nin valyuta ehtiyatları sentyabrda 271,2 mln. dollar və ya 3,71% azalaraq 7 mlrd. 44,2 mln. dollara düşüb.
 
Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin valyuta ehtiyatlarında 7 mlrd. 998,2 mln dollar və ya 53,17% azalma qeydə alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM