Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

09:55 | 03.10.2015
Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları sentyabr ayının sonunda 7 milyard 44,2 milyon dollar təşkil edib. 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Oxu.Az-a bildirilib.

AMB-nin məlumatına görə, son bir ayda valyuta ehtiyatlarının həcmi 7 milyard 315,4 milyon dollardan 7 milyard 44,2 milyon dollara düşüb. Bu isə 271,2 milyon dollar və ya 3,7% azalma deməkdir.

Qeyd edək ki, sentyabrın 1-nə valyuta ehtiyatlarının həcmi 7 milyard 315,4 milyon dollar, avqustun 1-nə isə 8 milyard 501,5 milyon dollar olub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti