Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkənin Mərkəzi bankının sədri Tuvakmammet Carapovu işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Prezidentbank” və “Dayxabank”-ın başçıları da istefaya göndərilib. Digər sərəncamla Qurbanqulu Berdiməhəmmədov “Türkmənistan” dövlət kommersiya bankının idarə heyətinin sədri Qoçmurad Muradovu Mərkəzi bankın yeni rəhbəri təyin edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !