Mərkəzi Elmi Kitabxanada “Vikipediya” mövzusunda təlim

20:38 | 17.02.2016
Mərkəzi Elmi Kitabxanada “Vikipediya” mövzusunda təlim

Mərkəzi Elmi Kitabxanada “Vikipediya” mövzusunda təlim

Bugün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Vikipediya” mövzusunda təlimlərə başlanılıb.

5 gün davam edəcək təlimdə əsasən "Viki” texnologiyası, "Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, "Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), informasiya-kommunikasiya texnologiyalarının inkişaf tempinin "Vikipediya”ya təsiri, "Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat verilməsi nəzərdə tutulur.

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Əzizağa Haxverdiyev və Günay Məmmədova tərəfindən təşkil olunmuş təlimin təşkilinin məqsədi Azərbaycana dair kontentin və "Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycan ilə əlaqədar məlumatların inkişaf etdirilməsidir.

Təlimin ilk günündə təlim iştirakçıları "Vikimedia Commons”, "Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzular barədə əməkdaşları məlumatlandırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti