ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən NİİM-ə verilən məlumata əsasən, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir).
Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərininin 1 həftə ərzində yekunlaşdırılması planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !