Səməd Vurğun küçəsi Zabitlər bağının qarşısında (Təzə bazar istiqamətində) aparılan təmir işləri ilə əlaqədar yolun iki hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Sürücülərə alternativ olaraq Azadlıq və Bülbül prospektlərindən istifadə etməkləri tövsiyə olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !