Mərkəzi univermağın yanında bina yanır - TƏCİLİ+FOTOLAR

00:12 | 04.09.2019
Bakının Səbail rayonunda yanğın baş verib.

APA xəbər verir ki, Nizami küçəsində mənzildə qəfildən alovlanma qeydə alınıb. Daha sonra yanğın genişlənib.
Hadisə yerinə FHN-in Səbail rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 4 texnikası və canlı qüvvəsi, 2 təcili tibbi yardım briqadası cəlb edilib.

İlkin məlumata görə, ikisi azyaşlı olmaqla, ümumilikdə 4 nəfər yanğın zamanı tüstüdən zəhərlənib.
Yanğın söndürülüb, alovların digər mənzillərə keçməsinin qarşısı alınıb.



























www.anews.az
loading...