MERS 27 nəfəri öldürdü

11:00 | 21.06.2015
MERS 27 nəfəri öldürdü

MERS 27 nəfəri öldürdü

Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 27-ə çatıb.

ANS PRESS-in məlumatına görə, Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan Cənubi Koreyada baş verən sonuncu ölüm halı barədə xəbəri "Yonhap” agentliyi yayıb. 

Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan üç nəfərin dünyasını dəyişməsilə ilə ölənlərin sayı 27-ə çatıb. 

Həmçinin, ölkənin səhiyyə nazirliyi virusdan əziyyət çəkən onlarla xəstənin vəziyyətinin ağır olduğu barədə məlumat yayıb. 

Qeyd edək ki, ötən gün Cənubi Koreyadan olan həkimlər yaranan böhran səbəbilə çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdikləri barədə xəbər yayıblar.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM