Mərsində ağır yol qəzası olub,ölən və yaralananlar var - YENİLƏNİB

22:30 | 26.05.2024
Mərsində ağır yol qəzası olub,ölən və yaralananlar var - YENİLƏNİB

Mərsində ağır yol qəzası olub,ölən və yaralananlar var - YENİLƏNİB

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunun Yenicə qovşağında zəncirvari yol-nəqliyyat hadisəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.Bu barədə Mərsin valisi Ali Hamza Pehlivan açıqlayıb.

21:39

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunun Yenicə qovşağında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə İHA məlumat yayıb.

İHA müxbirinin sözlərinə görə, yerli vaxtla saat 19:45 radələrində (Bakı vaxtı ilə 20:45) Osmaniyyədən Mərsinə gedən şəhərlərarası sərnişin avtobusunun sürücüsü Tarsus-Adana arasındakı Yenicə qovşağında idarəetməni itirərək qarşı zolağa keçib. Sərnişin avtobusu yük və minik avtomobillərinə çırpılıb.
 
Qəzadan sonra Mərsin və Adana istiqamətlərində nəqliyyatın hərəkəti dayanıb. Bölgəyə xilasetmə, təcili yardım və polis cəlb edilib.

İlkin məlumata görə, qəza nəticəsində azı 11 nəfər ölüb. Çoxlu sayda insan yaralanıb. Təcili tibbi yardım briqadaları yaralıları ətrafdakı xəstəxanalara çatdırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM