Məsafəli müsahibə ilə “AccessBank”a daha yaxın olun!

18:01 | 02.07.2020
Məsafəli müsahibə ilə “AccessBank”a daha yaxın olun!

Məsafəli müsahibə ilə “AccessBank”a daha yaxın olun!

 "AccessBank” işə qəbulda yeni metodun tətbiqinə başlayıb. Belə ki, Covid 19 səbəbindən müsahibələrə qatılmaqda çətinlik çəkən namizədlər "AccessBank”da müsahibəyə "Zoom video” platforması üzərindən qatıla bilirlər. "AccessBank”ın HR komandası bu yolla həm namizədlərin sağlamlığı qoruyur, həm də onların müsahibəyə ayırdığı vaxta qənaət edir. 

 Son 2 ay ərzində 123 namizəd bu yolla "AccessBank”ın HR departamentində işə qəbula qatılıb. Onlardan 22 nəfər müsahibəni uğurla keçərək, işə qəbul olunub.
 
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM