Məscid qapısından donuz burnu asdılar - TƏHQİR

12:34 | 27.12.2014
Məscid qapısından donuz burnu asdılar - TƏHQİR

Məscid qapısından donuz burnu asdılar - TƏHQİR

Avstriyada Müsəlmanlara və məscidlərə hücumlar hər gün artır.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Vyanada Avstriya Türk İslam Birliyinə məxsus "Kocatepe" Məscidinə səhər namazı qılmağa gedənlər təəccübləniblər. Belə ki, onlar məscidin qapısından asılmış donuz burnu və qarını ilə qarşılaşıblar. Daha sonra onlar polisə bununla bağlı müraciət ediblər.

Məscid rəhbərlərindən biri "Bu, çox pis bir hərəkətdir. Biz, bu cür təhriklərə heç bir zaman baş qoşmayacağıq", deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM