Məsciddə 14 nəfər niyə öldü?

18:00 | 06.01.2014
Məsciddə 14 nəfər niyə öldü?

Məsciddə 14 nəfər niyə öldü?

Çinin şimalında yerləşən Ninsi-Xueyski Muxtar rayonunda məsciddə bədbəxt hadisə baş verib. Məsciddə yaranan basabas nəticəsində 14 nəfər dünyasını dəyişib, 10 nəfər isə yaralanıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bir neçə ağır yarlı xəstəxanaya yerləşdirilib.

Hadisə bazar günü Quyuan şəhərində baş verib. Agentliyin verdiyi məlumata görə, basabas ənənəvi olaraq mənəvi liderin xatirəsinə həsr olunan milli qidanın paylanması zamanı başlayıb. 

Faktla bağlı araşdırma aparılır. 

ANS Press

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür