Rusiya Federasiyasının İnquşetiya Respublikasındakı məscidlərin birində dindarlar arasında kütləvi dava düşüb.
ANS PRESS-in məlumata görə, hadisə Nazran kəndində qeydə alınıb.
Kənd ərazisindəki məscidlərin birində müsəlmanlar cümə namazı qılarkən anlaşılmazlıq yaranıb. Nəticədə müxtəlif təriqətlərə mənsub şəxslər arasında əlbəyaxa dava düşüb.
Kütləvi dava nəticəsində onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Dava cümə namazı zamanı imamın hərəkəti səbəbindən baş verib. İmam İsa Kmkoev namazın rükətlərindən birini az qılıb. Bu da nazam qılan insanlar arasında çaşqınlıq yaradıb. İnsanlardan biri minbərə çıxaraq özünü camaatın üstünə atıb.
Polis baş verən hadisəni araşdırır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !